Təhsil naziri Avstraliyanın Azərbaycandakı səfiri ilə görüşüb

Təhsil naziri Avstraliyanın Azərbaycandakı səfiri ilə görüşüb
# 15 mart 2013 07:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil naziri Misir Mərdanov Avstraliya İttifaqının Azərbaycanda akkreditə olunmuş səfiri Yan Biqqslə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən azərbaycanlı gənclərin dünyanın universitetlərində təhsil aldığını bildirib.

M.Mərdanov “Azərbaycan gənclərinin xaricdə təhsil alması məqsədilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na 21 Avstraliya universitetinin daxil edildiyini vurğulayıb və hazırda azərbaycanlı gənclərin Avstraliyanın bir neçə universitetində təhsil aldığını qeyd edib. Nazir Avstraliya universitetlərinin ölkəmizdə daha yaxından tanıdılması imkanlarından söz açıb və bu işin Avstraliyanın ali məktəblərində təhsil alacaq azərbaycanlı gənclərin sayının artmasına müsbət təsir edəcəyini söyləyib.

Səfir Yan Biqqs Avstraliya ilə Azərbaycan arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsinin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb. Qonaq universitetlərarası əməkdaşlığa, mütəxəssislərin qarşılıqlı səfərlərinə xüsusilə üstünlük verdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR