Tələt Paşa Komitəsi Yunanıstanda “erməni soyqırımı”na qarşı aksiya keçirəcək

Tələt Paşa Komitəsi Yunanıstanda “erməni soyqırımı”na qarşı aksiya keçirəcək
# 17 sentyabr 2014 07:22 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Qondarma “erməni soyqırımı” iddialarına qarşı beynəlxalq miqyasda mübarizə aparan Türkiyənin Tələt Paşa Komitəsi yaxın günlərdə Yunanıstanda etiraz aksiyası təşkil edəcək. Komitədən APA-ya verilən məlumata görə, Yunanıstan parlamentinin 9 sentyabrda “soyqırım”ları inkar edənlərin cəzalandırılması barədə qərarına etiraz əlaməti olaraq komitənin bir qrup üzvü yaxın günlərdə Afinaya gedərək Yunanıstan parlamentinin qarşısında “Erməni soyqırımı” beynəlxalq yalandır!” şüarı ilə aksiya keçirəcək. Afinaya səfərin tarixi dəqiqləşən kimi Tələt Paşa Komitəsi tərəfdarlarına müraciət edərək aksiyaya dəstək vermələrini istəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR