Torontoda “Azərbaycan Günü” keçirilib - FOTO

Torontoda “Azərbaycan Günü” keçirilib - <span style="color: red;">FOTO
# 16 iyun 2015 23:30 (UTC +04:00)

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Ontario əyaləti Parlamentinin üzvü Cek Maklaren (Jack Maclaren) iştirak edib.

Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Azərbaycan-Kanada əlaqələrinin genişləndirilməsi, ölkəmizin Kanadada düzgün təbliğ olunması, ölkəmizlə bağlı həqiqətlərin Kanada və dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, Kanadada yaşayan vətəndaşlarımızla əlaqələrin səmərəli qurulması, diaspora cəmiyyətlərimizin təşkilatlanması və onlar arasında əlaqələrin möhkəmləndirilməsinin Səfirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu bildirib. O, həmçinin düşmənlərimizin provokasiyalarına qarşı mübarizədə cəmiyyətlərimizin birlik nümayiş etdirməsinin, eyni məqsədə, eyni amala xidmət etməsinin həlledici amil olduğunu vurğulayıb.

Sonra söz Ontario əyaləti Parlamentinin üzvü Cek Maklarenə verilib. O, dəvət üçün minnətdarlığını bildirmiş və üzv olduğu partiyanın (Progressive Conservative Party of Ontario) lideri Patrik Braunun da (Patrick Brown) Qurtuluş günü münasibətilə təbriklərini iştirakçılara çatdırıb. O, çıxışında xüsusi ilə qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyinin ilk illəri çətin və məşəqqətli olub. O zaman vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət edib və 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində o, Azərbaycanın prezidenti seçilib. Bundan sonra Azərbaycan dinc və sabitlik və davamlı inkişaf yoluna qədəm qoyub.

Çıxışlardan sonra konsert proqramı başlayıb, burada Azərbaycan xalq mahnıları səsləndirilib, vətənpərvər şeirlər oxunub və milli rəqslər nümayiş etdirilib. Konsert proqramı çərçivəsində Azərbaycan Incəsənət və Mədəniyyət Mərkəzinin şagirdləri də çıxış edib.

Tədbirdə, həmçinin qonaqlara Azərbaycan yeməklərini və şirniyyatlarını dadmaq imkanı yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR