Türkiyə prezidenti NATO sammitində Qarabağ məsələsini qaldırıb

Türkiyə prezidenti NATO sammitində Qarabağ məsələsini qaldırıb
# 05 sentyabr 2014 14:07 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində keçirilən NATO-Ukrayna Komissiyasının toplantısında iştirak edib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət və hökumət başçıları səviyyəsində toplanan komissiyanın toplantısında çıxış edən R. T. Ərdoğan NATO-nun Azərbaycana verdiyi vədləri yerinə yetirməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması böyük əhəmiyyət daşıyır.

Türkiyə prezidenti Ukrayna probleminə də toxunub. O bəyan edib ki, Ukraynanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və milli birliyinə Türkiyənin verdiyi dəstək bundan sonra da davam edəcək. Prezident Krımın qanunsuz ilhaqının Türkiyə tərəfindən tanınmayacağını təkrarlayıb. R. T. Ərdoğan təzyiqə məruz qalan Krım tatarlarının təcrid edilməsinin yolverilməz olduğunu da əlavə edib və problemin siyasi yolla həllini vacib sayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR