TÜRKPA Baş Katibi Ankarada səfərdədir

TÜRKPA Baş Katibi Ankarada səfərdədir
# 03 iyun 2013 16:59 (UTC +04:00)

Bakı-APA. Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş Katibi Ramil Həsənovun rəhbərliyi altında nümayəndə heyəti Türkiyənin Ankara şəhərində keçiriləcək TÜRKPA-nın IV Plenar Sessiyasına hazırlıq məqsədilə 1 iyun 2013-cü il tarixində Türkiyəyə yola düşüb. APA-nın məlumatına görə, plenar sessiyaya hazırlıq prosesi təxminən 2 aydır ki, davam etməkdədir.

11 iyun 2013-cü ildə keçiriləcək Sessiyanın işində TÜRKPA-ya üzv ölkələrindən olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər birliyi, Türk Konseyi, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, Mərmərə Qrup Fondu, Türk Dünyası Gənclər Birliyi, GUAM, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CİCA) və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulub.

10 İyun 2013-cü il tarixində TÜRKPA üzv ölkələri parlamentlərinin Aparat rəhbərlərinin və Assambleya Şurasının IV toplantısı, 11 iyun 2013-cü il tarixində isə TÜRKPA-nın IV Plenar Sessiyası keçiriləcəkdir və toplantılarda bir sıra mühüm qərarlar qəbul olunacaq.

Eyni zamanda, Plenar Sessiya çərçivəsində TÜRKPA Baş Katibinin üzv ölkələrin parlament sədrləri ilə, həmçinin Türkiyə Respublikasının prezidenti cənab Abdullah Gül və baş naziri cənab Recep Tayyib Erdoğanla da görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR