UBM Group Azərbaycanlıların Soyqırımı günü ilə bağlı kampaniya keçirir

UBM Group Azərbaycanlıların Soyqırımı günü ilə bağlı kampaniya keçirir
# 30 mart 2016 13:22 (UTC +04:00)

Bakı-APA. UBM Group 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı kampaniyaya başlayıb.

APA-nın xəbərinə görə, korporativ sosial məsuliyyət proqramı çərçivəsində ardıcıl layihələr həyata keçirən UBM Group Azərbaycan həqiqətlərini geniş coğrafiyada yaymağı qarşısına məqsəd qoyub. Bu məqsədlə şirkət tərəfindən Facebook, Twitter, Instagram və YouTube sosial şəbəkələrində “Armenian Terror” adlı səhifə yaradılıb, fəal təbliğat kampaniyasına start verilib.

Şirkətin hazırladığı xüsusi posterlər, rəsm əsərləri və video-kadrlar həmin səhifədə yerləşdirilir. Bütün dünyanı əhatə etmək məqsədilə bu təbliğat materialları Azərbaycan dili ilə yanaşı ingilis, rus, alman və fransız dillərində də hazırlanıb.

Xatırladaq ki, UBM Group bu ilin əvvəlindən 20 Yanvar hadisələri ilə bağlı və “Xocalıya həqiqət” kampaniyası çərçivəsində bütün sosial şəbəkələr və digər resurslar vasitəsilə geniş təbliğat işləri aparıb. “Biz dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizi bu işdə fəal iştiraka dəvət edirik. Tariximizi unutmayaq, unudulmasına da imkan verməyək. Sizi bizim paylaşdığımız təbliğat materiallarından istifadə etməklə, sosial şəbəkələrdə, mediada və səsimizin duyulduğu hər bir ölkədə təbliğatı gücləndirməyə çağırırıq” - deyə, şirkətin yaydığı məlumatda qeyd edilib.

Şərhlər, xəbərlər, bəyənmələr, paylaşmalar, qeydlər və təşviqat üçün aşağıda qeyd olunmuş linklər və #armenianterror #31marchgenocide həştəqlərindən istifadə edilməsi xahiş olunur:

https://www.facebook.com/armenianterror/

https://twitter.com/armenianterror_/

https://www.instagram.com/armenian_terror/

https://www.youtube.com/channel/UCPw6RiumvfoSK7bNGDwB3Ew/videos

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR