Uruqvay parlamentində Azərbaycanla dostluq qrupunun yeni tərkibi təsdiqlənib

Uruqvay parlamentində Azərbaycanla dostluq qrupunun yeni tərkibi təsdiqlənib
# 14 dekabr 2016 14:53 (UTC +04:00)

Uruqvay parlamentində həm Senat, həm də Nümayəndələr Palatasının üzvlərindən ibarət Uruqvay-Azərbaycan Dostluq Qrupunun yeni tərkibi təsdiqlənib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ümumilikdə 9 parlamentardan ibarət dostluq qrupunun tərkibinə Uruqvay parlamentində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri daxil olub.

Qrupun yeni tərkibinin təsdiq edilməsi Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələrinin möhkəmləndirilməsinə, habelə ikitərəfli münasibətlərinin daha da inkişaf etməsinə töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR