Vladimir Putin Palmirin azad edilməsi münasibəti ilə Bəşər Əsədi təbrik edib

Vladimir Putin Palmirin azad edilməsi münasibəti ilə Bəşər Əsədi təbrik edib
# 27 mart 2016 17:19 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı Palmirin azad edilməsi münasibəti ilə Suriya prezidenti Bəşər Əsədi təbrik edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

V. Putin qeyd edib ki, Rusiya hərbi kontingentinin əsas hissəsi Suriyadan çıxsa da, Rusiya Silahlı Qüvvələri bundan sonra da terrorizmlə mübarizədə və torpaqlarını terrorçulardan azad etməkdə Suriya hakimiyyətinə kömək edəcək. B. Əsəd isə telefon danışığında vurğulayıb ki, Rusiyanın dəstəyi olmadan Palmirin İŞİD terrorçularından azad edilməsi mümkün olmazdı.

Bu gün V. Putin YUNESKO-nun baş direktoru İrina Bokovla da telefon əlaqəsi saxlayıb. Tarixi Palmir şəhərinin terrorçulardan azad edilməsi münasibəti ilə YUNESKO baş direktorunu təbrik edən V. Putin Rusiya hərbçilərinin Palmirin minalardan təmizlənməsində iştirak edəcəyini nəzərə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR