İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edən nazir, yeni təyin olunmuş səfirin iki ölkə arasındakı bütün sahələrdə münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə edib.
Səfir Ciampalo Kutillonu Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edib. Ölkəsinin Azərbaycanla əməkdaşlığın daha da genişlənməsində maraqlı olduğunu qeyd edən səfir, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.