XİN: Yunanıstanda yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur

XİN: Yunanıstanda yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur
# 24 iyul 2018 11:33 (UTC +04:00)

"Yunanıstanda baş vermiş yanğın nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, Azərbaycanın Yunanıstandakı Səfirliyindən verilən məlumata görə, bu ölkədə tüğyan edən meşə yanğınlarında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

“Yunanıstandakı səfirliyimizin davamlı əsasda bu ölkənin müvafiq qurumları ilə təmasdadır”, - deyə H.Hacıyev əlavə edib.


Qeyd edək ki, Yunanıstanda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 53-ə çatıb. 150-dən çox adam isə yaralanıb. Yanğınlar Afina ətrafında 3 istiqamətdə davam edir. Hökumət bu ərazilərdə fövqəladə vəziyyət elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR