Yasukazu Hamada: “Yaponiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır”

Yasukazu Hamada: “Yaponiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır”
# 28 avqust 2015 07:09 (UTC +04:00)

Komitədən APA-ya bildirilib ki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və LDP-dən olan deputatlar Toşinao Nakaqava və Keytaro Ononun iştirak etdiyi görüşdə Əli Həsənov iki ölkə arasında dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini bildirib, bu sahədə qarşılıqlı rəsmi səfərlərin müsbət rolunu qeyd edib.


Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranıb. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələ ki bir nəticə vermir.

Azərbaycan ilə Yaponiya arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Əli Həsənov, eyni zamanda, ölkəmizdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini olduğunu diqqətə çatdırıb. Bildirib ki, iki ölkənin hakim partiyaları arasında əməkdaşlıq dost xalqlar arasında münasibətlərin inkişafına mühüm töhfələr verə bilər. Bu istiqamətdə aparılan danışıqların tezliklə müsbət nəticə verəcəyinə əmin olduğunu vurğulayan YAP sədrinin müavini qarşı tərəfi Azərbaycana səfərə dəvət edib.


Y. Hamada Yaponiyanın ölkəmizlə yüksək səviyyəli əlaqələr qurmaqda maraqlı olduğunu bildirib, qeyd edib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, ona hörmətlə yanaşır. Yaponiyanın da belə bir problemlə qarşılaşdığını xatırladan büro sədri tarixi ədalətin bərpa olunacağına və işğal altında olan torpaqların azad ediləcəyinə əminliyini ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR