Yavər Camalov Bolqarıstanın iqtisadiyyat nazirini qəbul edib

Yavər Camalov Bolqarıstanın iqtisadiyyat nazirini qəbul edib
# 10 fevral 2015 09:13 (UTC +04:00)

Bakı – APA. Müdafiə sənayesi naziri Yavər Camalov ölkəmizdə səfərdə olan Bolqarıstanın iqtisadiyyat naziri Bojidar Lukarskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Y. Camalov Azərbaycanla Bolqarıstan arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirdiyini bildirib.

Nazir həmçinin qonaqlara Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Hristova da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR