Yunanıstan səfiri Bakı Slavyan Universitetinin qonağı olub - FOTO

Yunanıstan səfiri Bakı Slavyan Universitetinin qonağı olub - <span style="color: red;">FOTO
# 11 mart 2013 14:21 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas Bakı Slavyan Universitetinin (BSU) qonağı olub. BSU-dan APA-ya verilən məlumata görə, səfir Bakı Slavyan Universitetində təşkil olunan Yunanıstanın Müstəqillik günü ilə bağlı tədbirdə və görkəmli Azərbaycan şairi Hüseyn Cavidin “Şeyda” əsərinin tələbələr tərəfindən yunan dilinə tərcüməsinin təqdimetmə mərasimində iştirak edib.

BSU-ya dəvət olduğuna görə minnətdarlığını bildirən İ. Metaksas, ali məktəbdə yunan dilinə və mədəniyyətinə göstərilən diqqətlə əlaqədar təşəkkür edib.

Sonda H. Cavidin tələbələr tərəfindən yunan dilində səhnələşdirilmiş “Şeyda” əsərindən bir parça təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR