Yunanıstan səfiri Lənkəranda olub - FOTO

Yunanıstan səfiri Lənkəranda olub - <span style="color: red;">FOTO
# 23 sentyabr 2014 14:42 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsunqas Lənkərana səfər edib. APA-nın cənub bürosunun məlumatına görə, cənub regionu ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində qonaq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. İcra başçısı Lənkəranın tarixi, coğrafi mövqeyi, əhalisi haqqında səfiri ətraflı məlumatlandıraraq, rayonun turizm potensialı barədə danışıb, xarici turistlərin Lənkərana cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.

Səfir Dimitrios Tsunqas ötən ilin avqust ayında Azərbaycana səfir təyin edildiyini xatırladaraq, cənub regionuna ilk dəfə səfər etdiyini diqqətə çatdırmaqla, Azərbaycan-Yunanıstan dostluq əlaqələrindən, bu əlaqələrin daim inkişaf etməsindən, Azərbaycanla qədim tarixə malik Yunanıstanın oxşar cəhətlərindən, Lənkəranda turizm üçün geniş imkanların olmasından bəhs edib.

Sonda icra başçısı Taleh Qaraşov səfirə Lənkəran xalçası və Lənkəran haqqında foto-albom hədiyyə edib.

Dimitrios Tsunqas isə T.Qaraşova Yunanıstan haqqında bukletlər və kitab bağışlayıb.

Yunanıstan səfiri Lənkəranda olduğu müddətdə Heydər Əliyev Xatirə Parkında, Heydər Əliyev Mərkəzində və Gənclər Mərkəzində olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR