Protez-ortopedik bərpa mərkəzi 7 rayon və şəhərdə 400 əlil şəxsə səyyar xidmət göstərib

Protez-ortopedik bərpa mərkəzi 7 rayon və şəhərdə 400 əlil şəxsə səyyar xidmət göstərib
# 27 oktyabr 2016 14:36 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi son 3 gündə 7 rayonda səyyar xidmət göstərib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqadası 25-28 oktyabrda 7 rayon və şəhərdə (Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul, Şirvan) əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün səyyar formada protez-ortopedik bərpa xidməti göstərib.

Səyyar xidmət zamanı pasientlər aşağı və yuxarı ətraf protezləri, ortez, korset, ortopedik ayaqqabı, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və digər reabilitasiya vasitələri ilə təmin edilib.

Həmin rayonlar üzrə əvvəlcədən qeydiyyatı aparılmış müharibə əlillərinə, vətəndaşlara və səyyar briqadaya müraciət edən ümumilikdə 400-ə qədər şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.

Bu gün Hacıqabul DSMF-nin inzibatı binasında işini davam etdirən Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar briqadası oktyabrın 28-də Şirvan şəhərində işini yekunlaşdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR