Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib - VİDEO

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 16 sentyabr 2021 18:40 (UTC +04:00)

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gorus-Qafan yolunda Azərbaycan tərəfinin İranın yük avtomobillərini saxlamasına münasibət bildirib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib ki, onlar Ermənistan-Azərbaycan sərhədinin ayrı-ayrı məntəqələrindəki vəziyyəti diqqətlə izləyirlər.

“Vorotan kəndi yaxınlığındakı vəziyyətin inkişafı bir daha Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinə tezliklə başlanmasının vacib olduğunu təsdiq edir. Bu barədə Rusiyanın təklifi həm Bakıya, həm də İrəvana təqdim olunub. Biz bundan sonrakı kursun formalaşması üçün cavab gözləyirik”, - deyə XİN rəsmisi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR