Zelenski Azərbaycanın Ukraynaya minatəmizləmə avadanlıqları verməyə hazır olması barədə danışıb

Zelenski Azərbaycanın Ukraynaya minatəmizləmə avadanlıqları verməyə hazır olması barədə danışıb
# 13 avqust 2023 00:30 (UTC +04:00)

Azərbaycanın Ukraynaya minatəmizləmə avadanlıqları verməyə hazırdır.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

"Azərbaycan minatəmizləmə avadanlıqları da daxil olmaqla yeni humanitar paket təqdim etməyə hazırdır. Minatəmizləmə bizim tərəfdaşlarımızla əməkdaşlığımızın vacib istiqamətlərindən biridir. Ukraynanın tərəfdaşlarından bu avadanlıqları qəbul etməyə ehtiyacı var. Bu, həmçinin Ukraynada istehsal əsaslı olmalıdır ki, biz torpaqlarımızı Rusiya minalarından təmizləyə bilək", - deyə Zlenski bildirib.

Ukrayna lideri bildirib ki, hazırda ümumilikdə174 000 kvadrat kilometr ərazi minalar və partlamamış sursata görə təhlükəlidir.

"Bizim bu sahədəki ekspertlərimiz hər gün yeni partlayıcı sursatlar aşkar edirlər. Bunların daha fəal və təhlükəsiz şəkildə təmizlənməsi üçün bizim daha çox minatəmizləyən avadanlıqlara, maşınlara və xüsusi dronlara ehtiyacımız var. Bu sahədə bizə kömək edən bütün ölkələrə minnətdarıq", - deyə Zelenski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR