İraqın müxtəlif bölgələrində son günlər nümayişçilərlə polis arasında baş verən qarşıdurmalar zamanı 30-dan çox insan həyatını itirib.
APA xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı səhiyyə qurumlarına istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Di-Kar əyalətinin Nasiriyə şəhərində azı 25 nəfər ölüb. Nümayişçilər cümə axşamı səhər saatlarında körpünü bağlamağa çalışıblar, sonradan polis idarəsinin qarşısına toplaşıblar.
Bağdadda təhlükəsizlik qüvvələrinin Dəclə çayı üzərindəki körpünün yaxınlığında etirazçılara odlu silahdan açdığı atəş nəticəsində daha 4 nəfər ölüb. Etirazçıların İranın baş konsulluğuna hücum etdiyi Nəcəf şəhərində isə iki nəfər qarşıdurmaların qurbanı olub.