Azərbaycan çempionu “Qarabağ”a kubok və qızıl medallar təqdim olunub

Azərbaycan çempionu “Qarabağ”a kubok və qızıl medallar təqdim olunub
# 18 may 2025 22:34 (UTC +04:00)

Misli Premyer Liqasında 2024-25-ci illər mövsümünün çempionu olan "Qarabağ" mükafatlandırılıb.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi XXXV turun "Kəpəz"lə matçından (3:0) sonra “Azersun Arena”da mükafatlara layiq görülüb.

“Qarabağ”a qızıl medallar və çempionluq kuboku təqdim olunub.

Mükafatları futbolçulara AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev, “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel və PFL-in Texiniki İdman Direktoru Elgiz Abbasov təqdim ediblər.

Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran "Qarabağ" növbəti il ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR