"Bayer”in Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək

"Bayer”in Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək
# 05 mart 2024 13:19 (UTC +04:00)

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.

Klubun mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı martın 6-sı saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.

Qonaq komandanın Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.

Qeyd edək ki, martın 7-də keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR