Bu gün Çempionlar Liqasının oyununu idarə etməli olan hakimlər Polşada saxlanılıb

Bu gün Çempionlar Liqasının oyununu idarə etməli olan hakimlər Polşada saxlanılıb
# 06 avqust 2024 17:36 (UTC +04:00)

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dinamo Kiyev" - "Reyncers" matçının hakimləri Polşada saxlanılıb.

Apasport.az xəbər verir ki, buna səbəb onların xuliqanlıq etməsi olub.

Bunlar VAR hakimi Bartoş Frankovski və AVAR hakimi Tomaş Musialdır.

Onlar spirtli içki qəbul etdikdən sonra yol nəqliyyat nişanını yerindən çıxardıqları üçün polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, UEFA görüşə yeni VAR və AVAR hakimləri təyin edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR