"Çelsi" Poçettinonu istefaya göndərib

"Çelsi" Poçettinonu istefaya göndərib
# 21 may 2024 23:54 (UTC +04:00)

Londonun "Çelsi" klubunun rəhbərliyi baş məşqçi Maurisio Poçettinonu istefaya göndərib.

APA xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.

Komanda rəhbərliyi Poçettinoya bu mövsümdə gördüyü işlərə görə təşəkkür edib.

Məşqçi də öz növbəsində "Çelsi"yə uğur arzulayıb.

Bu mövsüm "zadəganlar" İngiltərə çempionatında altıncı yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanıb.

Poçettino 2023-cü ilin mayında "Çelsi"yə rəhbərlik edib.

Poçettino əvvəllər İspaniyanın “Espanyol”, İngiltərənin “Sauthempton” və “Tottenhem”, eləcə də Fransanın PSJ klublarında çalışıb. Onun rəhbərliyi altında PSJ Fransa çempionu və ölkə kubokunun qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR