Ağdaş sakini özünü güllələyib

Ağdaş sakini özünü güllələyib
# 15 fevral 2018 07:07 (UTC +04:00)

Ağdaş rayon sakini özünü güllələyib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Binələr kənd sakini, 1976-cı il təvəllüdlü Şahmuradov Sadiq Zeynal oğlu yaşadığı evin həyətində ov tüfəngi ilə özünə atəş açıb.

 

O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR