Edin Ceko İtaliya klubu ilə anlaşıb

Edin Ceko

© APA | Edin Ceko

# 19 iyun 2025 19:34 (UTC +04:00)

“Fənərbaxça”dan ayrılan Edin Ceko karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, bosniyalı hücumçu “Fiorentina” ilə razılaşıb.

Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Forvard bu gün “bənövşəyilər” üçün tibbi yoxlanışdan keçib.

Qeyd edək ki, 39 yaşlı oyunçu 2023-cü ildən “Fənərbaxça”da çıxış edirdi. O, "sarı-lacivərdlilər"in heyətində meydana çıxdığı 99 rəsmi matçda 46 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR