Rusiyada yanan evdən 4 uşağın yanmış meyiti tapılıb

Rusiyada yanan evdən 4 uşağın yanmış meyiti tapılıb
# 15 mart 2020 08:20 (UTC +04:00)

Rusiyanın İrkutsk vilayətininin Tayşet şəhərində yanğın zamanı 4 uşaq yanaraq ölüb.

APA-nın “qazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə Qornaya küçəsində yerləşən fərdi yaşayış evində baş verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları alovu söndürdükdən sonra evdən 11 aylıq, 3, 4 və 6 yaşında 4 uşağın cəsədini tapıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu (İki və ya daha çox şəxsin səhlənkarlıqdan ölümünə səbəb olma) maddəsi ilə cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR