Bakının Sabunçu rayonunda piyadanı minik avtomobili vurub.
APA xəbər verir ki, hadisə Anaşkin küçəsində baş verib.
1941-ci il təvəllüdlü Tağıyev Oqtay Tağı oğlu yaşadığı evə gedərkən onu minik avtomobili vurub. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.