Fernandu Santuşla "3+1" illik müqavilə imzalanıb

Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş

© APA | Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş

# 13 iyun 2024 12:56 (UTC +04:00)

AFFA ilə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş arasında imzalanan müqavilənin müddəti bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, 70 yaşlı çalışdırıcı ilə "3+1" illik müqavilə imzalanıb.

Təzminat və maddi məsələlər isə açıqlanmayıb.

Qeyd edək ki, Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR