Əfqanıstanda hava zərbələri nəticəsində səkkiz dinc sakin həlak olub

Əfqanıstanda hava zərbələri nəticəsində səkkiz dinc sakin həlak olub
# 15 fevral 2020 11:47 (UTC +04:00)

Cümə günü axşam Əfqanıstanın şərqindəki Nanqarhar vilayətinə endirilən hava zərbələri nəticəsində səkkiz dinc sakin həlak olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, vilayətin qubernatoru Attaulla Xoqyani hava zərbələrinin Karak kəndinə endirildiyini deyib.

Onun sözlərinə görə, yerli sakinlər bazardan gələrkən atəş altına düşüblər.

Ölkənin Müdafiə Nazirliyi isə əfqan hərbçilərin son sutka ərzində beş hava zərbəsi həyata keçirdiklərini qeyd edib.

Hava zərbələri nəticəsində altı Taliban döyüşçüsünün öldüyü, dördünün yaralandığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR