Futbol üzrə Avropa çempionatının açılış oyununun hakimləri müəyyənləşib

Futbol üzrə Avropa çempionatının açılış oyununun hakimləri müəyyənləşib
# 12 iyun 2024 17:18 (UTC +04:00)

vro-2024-ün açılış oyununun hakimləri açıqlanıb.

Apasport.az xəbər verir ki, A qrupunda Almaniya ilə Şotlandiya arasında baş tutacaq görüşü FIFA referisi Klemen Turpen idarə edəcək. Ona yan xətt hakimləri Nikolas Danos və Benjamin Peycs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fransua Leteksye yerinə yetirəcək.

Jerom Brisar, Villi Delajo və italiyalı Massimiliano İrrati isə VAR hakimləri sırasında yer alacaq.

Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya - Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR