“Liverpul” 6-cı dəfə Çempionlar Liqasının qalibi olub - FOTO - VİDEO

“Liverpul” 6-cı dəfə Çempionlar Liqasının qalibi olub - FOTO - VİDEO
# 02 iyun 2019 00:56 (UTC +04:00)

Çempionlar Liqasında final oyunu keçirilib.

ONA-nın məlumatına görə, avrokubokların 2018/19 mövsümünün son görüşünə İspaniyanın paytaxtı Madrid ev sahibliyi edib.

“Metropolitano” stadionunda İngiltərənin iki klubu - “Liverpul”la “Tottenhem” üz-üzə gəlib. Görüşün hər hissəsində bir qol vuran mersisaydlılar qarşılaşmadan qalib ayrılıblar.

Yurgen Kloppun yetirmələri erkən qolla hesabı açıblar. Bu, penalti sayəsində gerçəkləşib. Londonluların müdafiədə əllə oynaması 11 metrlik cərimə zərbəsi ilə nəticələnib. Məhəmməd Salahın zərbəsi dəqiq olub.

Görüşün sonlarında “Liverpul” fərqi iki topa çatdırıb. Divok Origi komandasının ikinci qolunu vurub. 2:0 hesablı qələbə ilə Mersisayd təmsilçisi tarixində 6-cl dəfə Çempionlar Liqasının qalibi adına yiyələnib. “Liverpul” 1976/77, 1977/78, 1980/81, 1983/84 və 2004/05 mövsümlərində də Avropanın ən yaxşısı olub.

Çempionlar Liqası
Final
1 iyun
23:00. “Tottenhem” (İngiltərə) - “Liverpul” (İngiltərə) – 0:2
Qollar:
Məhəmməd Salah, 2 (pen.), Origi, 87
Baş hakim: Damir Skomina
Baş hakimin köməkçiləri: Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya)
Dördüncü hakim: Antonio Mateu Lahoz (İspaniya)
VAR hakimi: Danni Makkeli
VAR hakim köməkçiləri: Pol van Boekel (hər ikisi Hollandiya), Feliks Zvayer
Ofsayd VAR hakimi: Mark Borş (hər ikisi Almaniya)
Madrid (İspaniya). “Metropolitano” stadionu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR