Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.
“APA-Economics”in Palataya istinadən verdiyi xəbərə görə, iclasda Dünya Bankından kreditlər cəlb edilməklə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri – II” layihəsi üzrə səmərəlilik auditinin nəticələri müzakirə olunub.
Həmçinin iclasın müzakirə mövzuları arasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azərsu” ASC-yə ayrılan vəsaitlərin istifadəsinə dair auditin nəticələri üzrə qəbul edilmiş 2019-cu il 30 oktyabr tarixli 144 nömrəli Kollegiya qərarının icra vəziyyətinin monitorinqinin nəticələri, “Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsinə ayrılan büdcə vəsaitinin icrası üzrə maliyyə və uyğunluq auditinin nəticələri yer alıb.
İclasda Hesablama Palatasının 2020-ci il üçün İş Planı üzrə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar da müzakirə olunaraq təsdiq edilib.