Konfrans Liqası: Belarusun "Dinamo" və Şotlandiyanın "Harts" komandaları bu gün Sumqayıt şəhər stadionunda qarşılaşacaq

Konfrans Liqası: Belarusun "Dinamo" və Şotlandiyanın "Harts" komandaları bu gün Sumqayıt şəhər stadionunda qarşılaşacaq
# 03 oktyabr 2024 16:01 (UTC +04:00)

Bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda UEFA Konfrans Liqasının Liqa mərhələsinin oyunu keçiriləcək.

Apasport.az xəbər verir ki, Belarusun "Dinamo" (Minsk) və Şotlandiyanın "Harts" kollektivləri Sumqayıtda üz-üzə gələcək.

Matç saat 20:45-də start götürəcək.

Buna səbəb UEFA-nın Belarusa tətbiq etdiyi sanksiyadır. Həmin qərara əsasən, Minsk təmsilçisi Liqa mərhələsindəki ev oyunlarını öz ölkəsində keçirə bilməz.

Qeyd edək ki, qarşılaşma azarkeşsiz keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR