May ayında gündəlik qlobal neft tədarükü 88 mln. barelə enəcək - PROQNOZ

May ayında gündəlik qlobal neft tədarükü 88 mln. barelə enəcək  -  PROQNOZ
# 14 may 2020 13:36 (UTC +04:00)

“OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatı və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının quvvəyə minməsi fonunda bu ilin may ayında gündəlik qlobal neft tədarükü 88 mln. barelə enəcək, bu da ötən ilin may ayının göstəricisi ilə müqayisədə 12 mln. barel azdır.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) may ayı üzrə hesabatına istinadən xəbər verir.

Beləliklə, dünya bazarında neft üzrə təklif doqquz illik minimuma enəcək.

Hesabata əsasən, "OPEC+” razılaşmasına daxil olmayan ölkələrdən, ilk növbədə ABŞ və Kanadadan, aprel ayında ilin əvvəlindəki göstərici ilə müqayisədə gündəlik neft tədarükü 3 mln. barel azalıb. İyun ayında sonrakı artım perspektivi ilə bu azalma 4 mln. barelə çata bilər.

Qeyd edək ki, "OPEC+" formatında təmsil olunan OPEC və qeyri-OPEC ölkələri, o cümlədən Azərbaycan aprel ayında hasilatın məhdudlaşdırılması öhdəliklərindən azad olub. "OPEC+" ölkələri nazirlərinin 2020-ci ilin 9 aprel və 12 aprel tarixlərində keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ilin yanvar – 2022-ci ilin aprelində isə 5,8 mln. barel azaldılmasını nəzərdə tutan "Əməkdaşlıq Bəyannaməsi"nə Azərbaycan da qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR