Yevlaxda baş verən qətllə bağlı cinayət işi başlanıb.
APA-nın məlumatına görə, rayonun Kamil Nəsibov küçəsində əvvəllər məhkum olunmuş, 1993-cü il təvəllüdlü Rəşad Dəvrişov tanışı, 1994-cü il təvəllüdlü Ceyhun Seyidovu söyüş üstündə bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.