“Napoli” İtaliya çempionu olub

“Napoli” İtaliya çempionu olub
# 24 may 2025 00:55 (UTC +04:00)

İtaliya A Seriyasında mövsümün sonuncu -XXXVIII turuna start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Çempionluq uğrunda mübarizə aparan iki komanda - “Napoli” və “İnter” öz matçlarını keçiriblər.

Milan təmsilçisi səfərdə “Komo”nu 2 cavabsız qolla məğlub etməyi bacarıb. Lakin bu qələbə çempionluq üçün kifayət etməyib. Eyni vaxtda başlayan digər görüşdə “Napoli” “Kalyari”yə 2:0 hesabı ilə qalib gələrək çempionluğunu rəsmiləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR