Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhalisinə 1 413,9 mln. manatlıq ödənişli xidmətlər göstərilib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk iki ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 5% artıb.