Bu gün Argentinada Prezident seçkiləri keçirilir

Bu gün Argentinada Prezident seçkiləri keçirilir
# 27 oktyabr 2019 05:26 (UTC +04:00)


Bu gün Argentinada seçki hüququ olan vətəndaşlar ölkənin ən yüksək postuna öz namizədlərini seçəcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, prezident seçkilərində əsas diqqət kimin seçiləcəyinə deyil, qalibin birinci, yoxsa ikinci turda bilinəcəyinə yönəlib.

Ölkənin mövcud qanunvericiliyinə görə, ilk turda qalib ilk turda qalib gəlmək üçün namizəd 45 faizdən çox səs toplamalıdır. Eyni zamanda rəqiblə 10 faiz fərq yarandıqda, azı 40 faiz səs toplamaq zərurəti yaranır.

Qeyd edək ki, hazırkı dövlət başçısı Maurisio Makri, keçmiş prezident Kristina Kirşner, sabiq kabinet rəhbəri Alberto Fernandez, keçmiş iqtisadiyyat naziri Roberto Lavanya, əvvəlki seçkilərdə prezidentliyə namizəd olmuş 39 yaşlı siyasətçi Nikolas Del Kano, tanınmış iqtisadçı Joze Luis Espert və dövlət bankının sabiq vitse-prezidenti Qomez Senturion ölkənin yüksək postu uğrunda rəqabət aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR