"Qarabağ"ın prezidenti: Son anadək "Slaviya" ilə düşəcəyimizə ümid edirdim

"Qarabağ"ın prezidenti: Son anadək "Slaviya" ilə düşəcəyimizə ümid edirdim
# 23 fevral 2024 19:30 (UTC +04:00)

"Qarabağ"ın prezidenti Tahir Gözel Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer" klubuna rəqib olmaları barədə danışıb.

Apasport.az xəbər verir ki, o, bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

"Son ana qədər "Slaviya" (Çexiya) ilə düşəcəyimizə ümid edirdim. Ancaq "Bayer 04" ilə üz-üzə gələcəyik. Rekordlar qıran yenilməz komandadır. Bu mövsüm ən üst səviyyədə çıxış edirlər. Çətin oyun olacaq. Amma biz onları tanıyırıq və təcrübəmiz var. "Qarabağ"ın möhtəşəm qələbəsi bizi ruhlandırıb", - klub prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR