Qurban Qurbanov: “Sabah özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”

Qurban Qurbanov: “Sabah özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”
# 29 noyabr 2023 23:52 (UTC +04:00)

Rəqibin özünəməxsus oyun sistemi var və bunu çox yaxşı icra edirlər.

APA xəbər verir ki, bu barədə “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda “Molde” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib.

Ağdamlılların məşqçisi sabahkı oyunu vacib adlandırıb.

"Çox bacarıqlı komandaya qarşı matç gözləyir. Əlbəttə ki, hər iki komandaya yaxşı nəticə lazımdır. Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu. Həm bunu, həm də meydan amilini düşünməliyik. Buradan yaxşı oyun və nəticə ilə dönmək üçün futbolçularım bu günə qədər göstərdikləri xarakterdən daha artığını etməlidirlər. Onlara inanıram, güvənirəm. Sabah istənilən şəraitdə özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq”, - deyə Qurbanov bildirib.

Xatırladaq ki, sabah keçiriləcək “Molde” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Hazırda Azərbaycan çempionu 6 xalla H qrupunda ikincidir. Eyni xala malik norveçlilər Azərbaycan çempionundan sonra gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR