OPEC qlobal neft tələbatı üzrə proqnozlarını bir qədər də azaldıb

OPEC qlobal neft tələbatı üzrə proqnozlarını bir qədər də azaldıb
# 13 may 2020 17:20 (UTC +04:00)

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) 2020-ci il üzrə neftə olan gündəlik qlobal tələbatı proqnozunu azaldıb.

Bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, proqnoza görə, bu il neftə olan qlobal gündəlik tələbat 9,07 mln. barel azalacaq. Bu, bundan öncəki proqnozla müqayisədə 2,23 mln. barel çoxdur.

Beləliklə, 2020-ci ildə qlobal gündəlik neft tələbatı 90,59 mln. barel səviyyəsində olacağı gözlənilir.

"2020-ci ildə tələbatın azalma templəri yeni növ koronavirusun yayılması ilə mübarizə çərçivəsində hökumət tədbirlərinin gözləniləndən daha tez zəifləməsi və iqtisadi artımın əlavə dəstək tədbirlərinə daha sürətli cavab verməsi ilə yumşaldıla bilər", - hesabatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR