Fatma Yıldırım: “Ermənistanda faşizm ideologiyasının kök salması yeni məsələ deyil”

Fatma Yıldırım: “Ermənistanda faşizm ideologiyasının kök salması yeni məsələ deyil”
# 12 may 2020 17:43 (UTC +04:00)

“Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşistlərə xidmət etməsinə dair ciddi faktların ortaya çıxması bır sıra məqamlardan xəbər verir. Bu o deməkdir ki, Ermənistanda faşizm ideologiyasının kök salması yeni məsələ deyil”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, Ermənistanda faşizm, terror dövlət siyasəti səviyyəsindədir. “Paşinyanın babasının da faşistlərə xidmət etməsi bu gerçəkliyin göstəricidir. Azərbaycan erməni terrorundan əziyyət çəkən ölkələrdən biridir. Eyni zamanda, ermənilərin terror təşkilatlarının dünyada, o cümlədən Avropada da terror aktları törətdikləri beynəlxalq ictimaiyyətə məlumdur. Bütövlükdə isə Ermənistan dövlətinin əsasında faşizm ideologiyasının dayanmasına əyani fakt kimi Xocalı soyqırımını göstərmək kifayətdir. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı qəddarlığın, vandalizmin miqyası baxımından çox dəhşətlidir”.

Millət vəkili qeyd edib ki, Ermənistan həm də rasizmə söykənən, monoetnik ölkədir: “Belə ki, Ermənistan digər millətlərin nümayəndələrinə hər zaman dözümsüz yanaşıb, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması buna sübutdur. Məlumdur ki, bir neçə gün öncə bütün dünyada faşizm üzərində qələbənin 75-ci ildönümü qeyd olundu. Belə bir vaxtda Ermənistanın baş nazirinin babasının faşistlərə xidmət göstərməsi haqqında faktların üzə çıxması işğalçı ölkənin rəhbərinin də simasını açır. Bu gün Nikol Paşınyanın işğalçılıq mövqeyini davam etdirməsi bu amilin genetik məqamlarla da bağlı olduğunu təsdiqləyir. Vaxtilə baba Paşinyan alman faşistlərinə xidmət edib, nəvə Paşinyan isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını davam etdirir, heç bir halda sülhə gəlmək istəmir. Bütövlükdə, bu gün faşistləri qəhrəman kimi təqdim etmək cəhdlərində işğalçı Ermənistanın xüsusi rolu var. Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilib. Bir neçə il əvvəl Ermənistanda Njde ləqəbi ilə məşhur olan faşist cəlladı Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub, heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edib. İş burasındadır ki, Sarkisyanı devirib Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyan da hər vəchlə Njdeyə abidə qoyulmasını dəstəkləyir, onu qəhrəman kimi təqdim edir. Mən şübhə etmirəm ki, ciddi araşdırmalar aparılarsa, baba Paşinyanın məhz Njdenin başçılığı altında faşistlərə xidmət göstərməsi sübuta yetirilər. Yəqin ki, baş nazir N. Paşinyanın Njdeni ciddi cəhdlə müdafiə etməsinin əsasında da bu fakt dayanır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR