Kürdəmir və Zərdab sakinlərindən odlu silah götürülüb

Kürdəmir və Zərdab sakinlərindən odlu silah götürülüb
# 16 mart 2020 12:54 (UTC +04:00)

Kürdəmir və Zərdab sakinlərindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyiin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsnin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdapay kənd sakini K.Məmmədovdan müvafiq sənədləri olmayan “İJ-57” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sarıqaya kənd sakini Y.Yolçuyevdən mavafiq sənədləri olmayan “İJ-18E” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR