"Time" jurnalı Messini ilin idmançısı seçib

"Time" jurnalı Messini ilin idmançısı seçib
# 05 dekabr 2023 22:39 (UTC +04:00)

Argentina millisi və "İnter Mayami"nin hücumçusu Lionel Messi ilin idmançısı seçilib.

APA xəbər verir ki, bu barədə Amerikanın "Time" jurnalı futbolçunu ilin idmançısı elan edib.

Qeyd edək ki, 2023-cü ildə Messi səkkizinci dəfə Ballon d'Or mükafatını qazanıb.

Həmçinin PSJ ilə Fransa Liqa 1 və Fransa Super Kubokunu qazanıb.

Eyni zamanda, "İnter Mayami"nin heyətində Messi Amerika klubu ilə ilk kubokunu - Liqa Kubokunu qazanb.

Bu yay Messi Devid Bekxemə məxsus “İnter Mayami” klubuna keçib.

14 matçda argentinalı 11 qol vurub.

Xatırladaq ki, Messi 2022-ci ildə Argentina millisinin tərkibində ilk dəfə dünya kubokunu qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR