İspaniyada son sutkada daha 87 nəfər yeni növ koronavirusdan ölüb.
APA bildirir ki, bu barədə ölkənin rəsmi qurumları məlumat yayıb.
Qeyd edilir ki, bu gün ölkədə son 2 ay ərzindəki ən az yoluxma halı qeydə alınıb.
Son sutka ərzində daha 421 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə virusa yoluxanların ümumi sayı 231 350 nəfərə çatıb. Onlardan 50 938 nəfəri tibb işçisidir. 2 719 insan sağalıb, 149 576 nəfər virusdan ölüb.