Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib

Türkiyə Futbol Federasiyasının prezidenti dəyişib
# 18 iyul 2024 22:15 (UTC +04:00)

Bu gün Türkiyə Futbol Federasiyasının prezidenti vəzifəsinə növbədənkənar seçki keçirilib.

Apasport.az xəbər verir ki, sözügedən vəzifəyə üç namizəd olub: Servet Yardımcı, İbrahim Hacıosmanoğlu və əvvəlki prezident Mehmet Büyükekşi.

Daha çox səs toplayan İbrahim Hacıosmanoğlu federasiyanın yeni prezidenti seçilib. O, 2027-ci ilin iyun ayına kimi vəzifəsini icra edəcək.

Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 2013-2015-ci illərdə "Trabzonspor"un prezidenti olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR