Şamaxıda iki avtomobil toqquşub, yaralılar var

Şamaxıda iki avtomobil toqquşub, yaralılar var
# 15 mart 2020 11:44 (UTC +04:00)

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Kürdəmir kəndində qeydə alınıb.

"VAZ 2106" markalı minik və "Ford" markalı yük avtomobilinin toqquşması nəticəsində rayonun Qızmeydan kənd sakinləri, 2003-cü il təvəllüdlü Süleymanov Nüsrət Süleyman oğlu və 1980-ci il təvəllüdlü Cəbrayılov Raqib Cəbrayıl oğlu xəsarət alıb. Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR