Britaniya və Fransa Suriyadakı hərbi qüvvələrinin sayını artıracaq.
APA-nın “Foreign Policy”saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ administrasiyasından etibarlı mənbə bildirib.
Mənbə ABŞ-ın Suriyadan çıxarılacaq qoşunlarının əvəzinə Böyük Britaniya və Fransaya məxsus quru qoşunların 10 faizdən 15 faizədək artacağını deyib.