Neftçalada yaşayış binasında baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO

Neftçalada yaşayış binasında baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB-1 - VİDEO
# 08 fevral 2020 23:41 (UTC +04:00)

Neftçala şəhərində 4 mərtəbəli yaşayış binasında baş vermiş yanğın söndürülüb.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.

20:10

Neftçala şəhərində 4 mərtəbəli yaşayış binasında baş vermiş yanğında ilkin məlumata görə xəsarət alan yoxdur.

APA-nın yerli bürosunun məlumatına görə, təcili yardımın 4 briqadası hadisə yerindədir. Hadisədə qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərilir.

19:54

Neftçalada güclü yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın hadisəsi rayonun mərkəzində baş verib. H. Əliyev prospektində yerləşən 40 mənzilli binanın elektrik naqillərində baş verən qısaqapanma zamanı binanın dam örtü yanmağa başlayıb.

Hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala və Salyan rayon Dövlət yanğından mühafizə hissələrinin yanğınsöndürəni hadisə yerinə cəlb olunub. Bina sakinləri isə təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə barədə məlumat yayıb. Nazirlikdən APA-ya bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli binanın dam örtüyündə yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR