Avropa Liqasında yarımfinal mərhələsində ikinci oyun keçirilib

avropa liqasinda yarimfinal merhelesinde ikinci oyun kecirilib

UEFA Avropa Liqasında yarımfinal mərhələsində ikinci oyun keçirilib. Apasport.az saytının məlumatına görə, dünən baş tutan “Ayaks” – “Lion” görüşündən (4:1) sonra “Selta” və “Mançester Yunayted” final üçün mübarizə aparıblar.

 

Qrup mərhələsində “Ayaks”dan sonra ikinci olan La Liqa təmsilçisi daha sonra Donetsk “Şaxtyor”u (0:1, 2:0), “Krasnodar” (2:1, 2:0) və “Genk”i (3:2, 1:1) mübarizədən kənarlaşdırıb.

 

“Mançester Yunayted” isə A qrupunda ikinci olduqdan sonra 1/16 finalda “Sent-Etyen” (3:0, 1:0), 1/8-də “Rostov” (1:1, 1:0), 1/4-də isə “Anderlext”i (1:1, 2:1) üstələyib.

 

“Selta” La Liqada hazırda 11-ci pillədə qərarlaşıb. Komanda Primeronun XXXV turunda öz meydanında “Atletik”ə 0:3 hesabı ilə uduzub. “Mançester Yunayted” isə Premyer Liqada 5-ci pillədədi. “Mankunianlar” İngiltərə çempionatının XXXV turunda “Suonsi” ilə heç-heçə (1:1) oynayıblar. Joze Mourinyonun komandasının uzun müddətə sıradan çıxan Zlatan İbrahimoviçsiz hansı nəticəyə imza atacağı maraqla gözlənilirdi.

 

Gözlənildiyi kimi isveçlinin yoxluğunda "qırmızı şeytanlar" hücumda çətinliklərlə üzləşiblər. Səfərdə oynamasına baxmayaraq, üstün tərəf olan ingilislər hesabı açmaqda çətinlik çəkiblər. Matçın taleyini isə tək qol həll edib. Markus Reşford komandasına qələbə qazandırıb.

 

Bu nəticə ilə səfərdən üstün dönən "Mançester Yunayted" cavab qarşılaşması öncəsi finala yaxın tərəfdi.

 

 

Avropa Liqası

Yarımfinal mərhələsi, ilk oyun

4 may

 

“Selta” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) - 0:1

Qol: Reşford, 67

 

Baş hakim: Sergey Karasyov (Rusiya)

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ