“Beşiktaş” Azərbaycana gələcək

besiktas azerbaycana gelecek

Türkiyə Superliqasında ardıcıl ikinci çempionluğuna çox yaxın olan “Beşiktaş” Asiya layihəsini həyata keçirməyə hazırlaşır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ağ-qaralar” Azərbaycana da səfər edəcək.

 

Klub rəhbərliyi uzun müddətdi hazırladığı layihənin ilk addımlarını bu yay atmağı planlaşdırır. Belə ki, komanda təlim-məşq toplanışının bir mərhələsini Çində keçirəcək. Avropa nəhəngləri kimi, Asiya bazarına girməyə çalışan “Beşiktaş” orda “Volfsburq”, “Şalke” və bir yerli klubun qatılacağı turnirdə mübarizə aparacaq. İstanbul klubunun hədəfi əvvəlcə orda azarkeş toplamaq, sonra isə forma satışını gerçəkləşdirməkdi.

 

Bundan sonra hər yay və qış fasilələrində Asiya qitəsini gəzəcək “Beşiktaş” ölkəmizə səfəri də qətiləşdirib. Ancaq səfər tarixi ilə bağlı müzakirələr davam edir. Bundan başqa, yığma komandaların oyunları zamanı yaranacaq fasilədə və ya qış toplanışı çərçivəsində İran çempionatında çıxış edən “Traktorsazi” ilə yoldaşlıq görüşü də keçiriləcək.

 

“Beşiktaş”ın uzun vədəli planları arasında ABŞ və İndoneziyaya səfər də var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ